Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.

SİA bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, "Kapan-2" ("Tələ-2") adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

Qeyd edək ki, PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə