Britaniyanın İrandakı səfiri Tehrandakı etiraz aksiyalarını lentə alarkən saxlanılıb

Britaniyanın İrandakı səfiri Tehrandakı etiraz aksiyalarını lentə alarkən saxlanılıb

Britaniyanın Tehrandakı səfiri saxlanıldıqdan bir neçə saat sonra azad edilib.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın səfiri Robert Makeyr bu gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.

Bildirilir ki, R.Makeyr etiraz səhnələrini çəkməsinin səbəbləri ilə əlaqədar sabah dindiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə