Təyyarənin səhvən vurulmasına görə İranda etiraz aksiyaları keçirilib

Təyyarənin səhvən vurulmasına görə İranda etiraz aksiyaları keçirilib

Ukrayna təyyarəsinin İran tərəfindən səhvən vurulması elan edildikdən sonra ölkənin bir neçə şəhərində, paytaxt Tehranın müxtəlif küçə və meydanlarında, eləcə də Əmir Kəbir Universitetində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

SİA xəbər verir ki, Tehranda "Şərif" Universiteti və Əmir Kəbir Univerisiteti önündə, eləcə də ətraf küçələrdə etirazçılar hakimiyyətə qarşı "istefa!", "utanın!" şüarları səsləndirib.

Bildirilir ki, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb.

Paytaxt Tehranla yanaşı İsfahan, Şiraz, Kerman və Zəncan şəhərlərində də etiraz aksiyaları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə