Yaponiyada "Fukuşima" nüvə stansiyasındakı suda radiasiyanın normadan 10 milyon dəfə çox olması ilə bağlı dünən səhər saatlarında verilən açıqlama böyük çaxnaşma yaratdı. Lakin sonradan açıqlama geri çəkildi, hökumət isə Tokio Elektrik Şirkətini günahlandırdı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilkin xəbərdən bir neçə saat sonra gələn açıqlamada "hesablamada səhv etmişik, rəqəm doğru deyil" deyilməsi bütün dünyaya rahat nəfəs aldırdı.
Tokio Elektrik Şirkətinin səlahiyyətlisi Takaşi Kurita sözügedən "10 milyon dəfə yüksək radiasiya" rəqəminin etibarlı olmadığını ifadə edərək üzr istədi. O, radiasiyanın real səviyyəsini müəyyən etmək üçün yeni bir nümunə götürdüklərini bildirib. Şirkət səlahiyyətlisi nəticənin nə vaxt açıqlanacağı ilə bağlı məlumat verməyib. Hökumət sözçüsü Yukio Edano şirkəti daha diqqətli və şəffaf olmağa çağırıb.
Rusiya Elmlər Akademiyası isə insan bədənini radiasiyanın təsirlərindən qorumaq üçün peyvənd hazırladığını açıqlayıb. Akademiya ekspertləri araşdırmaların müsbət nəticə verdiyini və peyvəndlərdən yapon işçilərin də istifadə edə biləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB