İndoneziya ekvator zonasında musson yağışlarının təsiri altında, Sakit Okean Dairəsi adlanan zəlzələ və vulkan kəmərində yerləşir. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, İndoneziya dünyada təbii fəlakətlərdən ən çox təsirlənən ölkələrdən biridir.

İndoneziyada 2009-2019 arasında, daşqınlar, torpaq sürüşmələri, zəlzələlər, sunami və vulkanlar kimi müxtəlif təbii fəlakətlər nəticəsində 12 min 449 nəfər həlak olub. Son 10 ildə meydana gələn 21 min təbii fəlakətlərdə, 75 min insan xəsarət alıb. Bu təbii fəlakətlər təqribən 35 milyon insanın həyatına isə öz mənfi təsirini göstərib. Hər il orta hesabla 5 min zəlzələnin qeydə alındığı şiddəti 5 baldan yuxarı olan ölkədə 10 illik fəlakət balansında ən böyük insan itkisi zəlzələ və sunami fəlakətlərində baş verib.

İndoneziyada 7 min 396 adamın həyatını itirdiyi zəlzələ və sunamilər yaşanıb. Qeydlərə görə 2018-ci ildə Palu Körfəzində 7.5 bal gücündə meydana gələn zəlzələdə 4 min 340 adamın həlak olduğu bildirilib. Bu isə öz növbəsində son 10 ilin ən çox insan itkisinə səbəb olan təbii fəlakəti olduğu bildirilib.

Ölkədə yağan güclü yağışlar səbəbindən 7 378 daşqın və 4 min 898 torpaq sürüşməsi meydana gəlib və nəticədə 4 min 117 adam həlak olub. Leysan yağışları nəticəsində 19 milyon insanın həyatına fəlakətlər mənfi təsir göstərib. Daşqın və torpaq sürüşmələrində 886 nəfərin həyatını itirdiyi 2010-cu il ən çox insan itkisi dövrü kimi qeyd edilib.
![]()
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB