Rusiyanın döyüş gəmisi ABŞ-a məxsus “Farragut” gəmisi yaxınlığında manevrlər edib

Rusiyanın döyüş gəmisi ABŞ-a məxsus “Farragut” gəmisi yaxınlığında manevrlər edib

Rusiyanın döyüş gəmisi Ərəbistan dənizinin şimal hissəsində ABŞ-a məxsus “Farragut” gəmisi yaxınlığında manevrlər edib.

SİA "CNN"ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayaraq Rusiya gəmisinin bu hərəkətini təhlükəli hal kimi dəyərləndirib.

Bəyanatda bildirilib ki, cümə axşamı rus döyüş gəmisi Ərəbistan dənizinin şimalında planlı hərəkətlər edərək ABŞ-ın “Farragut” məhvedici gəmisinə yanaşma edib: “ABŞ rəsmiləri Rusiya gəmisinin bu hərəkətini təhlükəli və təxribat hesab edir”.

SİA "RİA Novosti"yə istinadən bildirir ki, Rusiya Mdafiə Nazirliyi isə əksinə, bu hadisədə ABŞ tərəfini günahlandırıb və ABŞ gəmisinin təhlükəli manevrlərlə Rusiya gəmisinə yaxınlaşdığını iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə