İran qəzaya uğrayan təyyarənin uçuşunun ləngiməsinin səbəbini açıqlayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, “Fars” agentliyi İranın mülki aviasiya təşkilatının məlumatına istinadən bildirir ki, Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus təyyarənin uçuşu artıq yüklənmə səbəbindən bir saat ləngiyib.
"Bu reysdə çox sayda sərnişin var idi və əksəriyyəti də baqajları ilə birlikdə olub. Pilot təyyarənin çəkisinin icazə verilən normadan çox olduğunu bildirib. Mülki aviasiya təşkilatının qəza araşdırma şöbəsinin müdiri Hassan Rezaifar, yüklərin boşaldılmasının gecikməyə səbəb olduğunu söyləyib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB