Sərnişin təyyarəsi Antalyada təcili eniş etdi

Sərnişin təyyarəsi Antalyada təcili eniş etdi

Moskvadan havaya qalxan Rusiyanın "Nordwind Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Antalyada təcili eniş edib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin pilotları tüstülənmə səbəbindən təcili eniş üçün Türkiyə tərəfindən icazə istəyib. Eniş çox sərt olub və təyyarəyə ciddi zərər dəyib. Hava gəmisində ancaq pilotlar olub, onlar da xəsarət almayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə