Berlin İranla anlaşmasını davam etdirəcəyini bəyan edib

Berlin İranla anlaşmasını davam etdirəcəyini bəyan edib

Almaniya Xarici İşlər Nazirliyi Berlinin İranla nüvə anlaşmasını davam etdirəcəyini Trampa bəyan edib. SİA RenTv-yə istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Rayner Broyl, ABŞ prezidenti Donald Trampın müqavilələrdən geri çəkilmək çağırışına baxmayaraq, Almaniyanın İran Nüvə Proqramı üçün Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində qalacağını və razılaşmanın qorunması üçün mümkün olan hər şeyi edəcəyini söyləyib.

Xatırladaq ki, Amerika lideri İranın İraqdakı ABŞ hərbi bazalarını bombaladıqdan sonra xalqa müraciətində nüvə sazişində qalan ölkələri bu razılaşmanı tərk etməyə çağırıb.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, nüvə sazişinə görə ABŞ və Avropa ölkələri arasında fərqli yanaşmalar var.

“Biz Avropa üçlüyündə birləşirik ki, İranın öhdəliklərinin azaldılmasının beşinci mərhələsinə cavab verməliyik", deyə Broyl brifinq zamanı bildirib.

Diplomat sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün nüvə sazişini Almaniya real vasitə hesab edir.

Onu da qeyd edək ki, 2015-ci ildə Birləşmiş Krallıq, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların qaldırılmasını nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planının əldə olunduğunu elan ediblər.

Digər Avropa ölkələri də razılaşmanı qorumaq niyyətində olduqlarını bəyan ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə