Avstraliyanı ağır günlər gözləyir -FOTOLAR

Avstraliyanı ağır günlər gözləyir -FOTOLAR

Sentyabr ayından bəri yanğınlarla mübarizə aparan Avstraliyada bu gün yüksək temperatur və güclü külək olacağı gözlənilir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Avstraliyanın Baş naziri Skott Morrison, cümə gününün şərqdəki əyalətlər üçün ağır gün ola biləcəyini söyləyib.
Dövlətin bəzi bölgələrində havanın 40 dərəcəyə yüksələcəyi gözlənilir və bununla Dövlət yanğın şöbəsinə yüksək yanğın xəbərdarlığı göndərilib.

Səlahiyyətlilər Viktoriya əyalətinin sakinlərinə "evlərini tərk etmək" barədə xəbərdarlıq etdilər, əks halda yanğınlar nəticəsində həyatlarının riskdə ola biləcəyi bildirilib.

4 ayda ən az 27 nəfər insan və təxminən 500 milyon heyvan həyatını itirib. 10,3 milyon hektar (103 min kvadrat kilometr) ərazi isə zərər görüb.


Təkcə Yeni ildən bəri 1000-dən çox ev yararsız hala düşmüşdür.


Baş nazir Morrison bir müddət əvvəl "Bu böhran və fəlakətin sonuna hələ də çox uzağıq" deyi bildirib. Yeni Cənubi Uels əyalətinin sahilləri boyunca gəmiləri lazım gəldikdə insanları ərazilərdən uzaqlaşdırmaq üçün gözlətdiklərini söyləyib.

Baş nazir Morrison yanğınlara gec və qeyri-adekvat müdaxilə edildiyinə görə geniş tənqid edilmişdir.


100-dən çox yanğın Yeni Cənubi Uels və Viktoriya sərhədində davam edir. Yeni Cənubi Uels əyaləti hökuməti yanğınlardan zərər görən yaşayış məntəqələrinin yenidən qurulması üçün 1 milyard Avstraliya dollar (690 milyon ABŞ dolları) vəsait ayrıldığını açıqlayıb.


Mərkəzi hökumət Avstraliyaya 2 milyard Avstraliya dolları yardım edəcəyini açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə