Almaniyanın Hava Yolları Tehrana olan uçuşları dayandırır

Almaniyanın Hava Yolları Tehrana olan uçuşları dayandırır

Almaniyanın Lufthansa Hava Yolları şirkəti Tehrana olan uçuşları geri qaytararaq səfərləri dayandırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hava Yolları şirkəti qərarını belə açıqlayıb: “Uçuşların dayandırılmasına əsas səbəb Tehran Hava Yolları ətrafındakı təhlükəsizlik tədbirləri göstərilib.

Şirkət açıqlamasında onu da bildirib ki, uçuşların yaxın günlərdə olub-olmadığına qəti qərar veriləcək.

Qeyd edək ki, Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanından Ukraynanın paytaxtı Kiyevə gedən Boeing-737 tipli sərnişin təyyarəsi 8 yanvarda İran ABŞ-ın Əsəd aviabazasını ballistik raketlərlə vurmasından sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 sərnişindən sağ qalan yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə