ABŞ Konqresi ölkə Prezidentinin İrana silahlı müdaxilə səlahiyyətlərini məhdudlaşdırır
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampın qanunvericilər tərəfindən icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, qətnamə prezidentin üzərinə ABŞ administrasiyasının Konqresdən müvafiq icazəni almayana qədər və ya ölkəyə silahlı hücum olmayana qədər İrana qarşı və onun ərazisində hərbi əməliyyatları başlamamaq öhdəliyi qoyur.
Oxşar qətnamə respublikaçılar tərəfindən nəzarət edilən Senata göndərilib. Qətnamənin lehinə 224 , əleyhinə isə 194 səs verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB