2019-cu ildə Avstraliyada orta illik temperatur iqlim normasını 1,52 dərəcə üstələyib, həmçinin həmin il meteoroloji müşahidələr dövrünün ən quraq ili olub. Bu barədə Avstraliyanın Meteorologiya Bürosu məlumat yayıb.
İqlim rekordları Avstraliyada oktyabr ayında başlayan və hazırda da davam edən təbiət yanğınları fonunda qeydə alınıb. “The Guardian” qəzetinin məlumatına görə, qitədə 10 milyon hektardan çox meşə sahəsi yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB