Əfqanıstanda prezident Əşrəf Qaninin qərarı ilə Talibanla sülh danışıqlarını sürətləndirmək üçün Sülh Nazirliyi yaradılıb. SİA "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Əfqanıstan parlamenti prezidentin müvafiq təşəbbüsünü təsdiqləmişdi. Yeni nazirliyin işçilərinin ilk iclası artıq baş tutub.
Sülh nazirinin müavini Qulam Yəhya Abbas bildirib ki, yeni nazirlik sülh danışıqlarının koordinasiyasını yaxşılaşdıracaq, bütün qurum və təşkilatlara sülh mövzusunda məsləhətlər verəcək. "Nazirlik Talibanla sülh danışıqlarına başlamaq üçün çalışacaq", Abbas bildirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB