Polislə toqquşmada dörd nəfər ölüb

Polislə toqquşmada dörd nəfər ölüb

Hərbi hava limanının hasarının inşasına müdaxilə etməyə çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Hanoi ətrafındakı sakinlər arasında baş verən qarşıdurmalar nəticəsində dörd nəfər ölüb. SİA rambler.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə cümə axşamı respublika hökuməti öz saytında məlumat yayıb.

Cümə axşamı səhər, Donqtam şəhər ətrafı Hanoi bölgəsinin bir qrup sakini Mieumon Hərbi Hava Limanının ərazisini əhatə edən bir hasarı inşa edən inşaatçılara hücum edib. Təcavüzkarlar “Molotov kokteyli” və soyuq silahlardan istifadə ediblər. Hökumət nümayəndələri ilə başlayan qarşıdurmalar nəticəsində təcavüzkarlardan biri və 3 hüquq-mühafizə orqanının əməkdaşı da ölüb.

Hadisənin araşdırılması respublikanın İctimai Təhlükəsizlik Nazirliyi tərəfindən aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə