Livan Hizbullah hərəkatının qüvvələri İsrail sərhədlərinə yaxınlaşıb. SİA lenta.ru saytına ixtinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusundan Əl-Masdar News-a məlumat verilib.
Məlumata görə, şiə qrupu yaraqlıları və hərbi texnikası İsrail ərazisinə yaxınlaşıb.
Xatırladaq ki, bir gün əvvəl İran hakimiyyəti, münaqişəni qızışdırmasına davam edəcəyi təqdirdə İsrailə zərbə vurmağa hazır olduqları ilə ABŞ-ı hədələyib. Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu isə, İsrailə hücum etməyə cəsarət edən hər kəsə sərt bir müqavimət göstərəcəyini vəd edib.
Qeyd edək ki, İslam Respublikası nümayəndələrinin açıqlamaları Amerikanın hava bazasına raket zərbəsindən sonra gəlib. Doğrudur, ABŞ prezidenti Donald Trump cavab olaraq İran tərəfini barışığa çağırıb, lakin yeni iqtisadi sanksiyalara da söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB