İdlibdə Rusiya ilə Bəşər Əsəd rejimi və İran dəstəkli qrupların hücumları səbəbindən Türkiyə sərhədinə köç edənlərin sayı durmadan artır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Suriya Müdafiə Koordinatırlığı müdiri Məhəmməd Hallaj mətbuata verdiyi açıqlamada, son iki gündə 20 min vətəndaşın köç etdiyini bildirib.
Bildirək ki, ötən ayın əvvəlindən bu yana köçkünlərin sayı 379.000-i keçib. Həmçinin, Rusiya, Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi terror qruplaşmaları, İdlibin bəzi rayonlarında hücumlarları davam etdirərək kəndlərdə yaşayan ailələrin qaçmasına səbəb olur.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB