Şahzadə Harri və həyat yoldaşı Meqan Markl, dünya mətbuatını şoka salaraq Kral ailəsinin böyük üzvlüyündən imtina edəcəklərini açıqlayıblar. SİA bunu xarici KİV-lər istinadən xəbər verir.

Qərarın ardından Bakhinqam sarayı da açıqlama verib. İngiltərə mətbuatı Kraliyyət üzvlərinin qərarı televiziyadan öyrəndiyini iddia edib.

Cütlük açıqlamasında bildirib ki, biz kral ailəsinin böyük üzvlüyündən çıxmağı və maddi cəhətdən müstəqil olmağı planlaşdırırıq. “Lakin Kraliçaya hərtərəfli dəstəyimizi hər zaman verməyə davam edəcəyik”.

Sussex Royal adı altında bir xeyriyyə fondu qurmağı planlaşdırdıqlarını bildirən cütlük, zamanla həyəcanverici qərarın təfərrüatlarını bölüşməyə davam edəcəklərini söyləyiblər.

Qərara ilk reaksiya Kraliça adından Bakhinqam Sarayından gəlib.

Bakhinqam Sarayından verilən açıqlamada Şəhzadə Harri və həyat yoldaşı Meqan Markl ilə danışıqlar aparıldığını, fərqli həyat istəklərini başa düşdüklərini, amma bütün bunların mürəkkəb məsələlər olduğu üçün zaman tələb olunduğu bildirilib.

İngiltərə mətbuatına görə, Kraliça, şahzadə Harrinin atası şahzadə Çarlza, qardaşı şahzadə Uilyama bu haqqda əvvəlcədən heç bir məlumat verilməyib. Ailə böyüklərinin qərarı televiziyadan öyrəndikləri və buna görə də çox incidikləri iddia olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB