ABŞ səfirliyi yaxınlığına ard-arda iki raket atılıb

ABŞ səfirliyi yaxınlığına ard-arda iki raket atılıb

Bağdadda hökumət dairələrinin və xarici səfirlik və nümayəndəliklərin yerləşdiyi “Mintəqətul-Xadra” (Yaşıl Zona) kvartalına iki raket atılıb. SİA-nın İrna agentliyinə istinadən verdiyi məlumata görə, bu gecə Bağdadda “Yaşıl Zona”ya iki raket atılıb ki, raketlər ABŞ səfirliyinin yaxınlığına düşüb. Raketlərin atılması nəticəsində canlı itkilərin olmadığı bildirilib.

Raketlərin katyuşa növündən olduğu və hadisə ilə bağlı İraq təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığı deyilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə