Avropa Birliyi İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin mümkün qədər tez bir zamanda Brüsselə səfər etməsini istəyir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi Peter Brifinqdə deyib.
Xatırladaq ki, bundan əvvəl, Avropa Birliyi Xarici İşlər Naziri Josep Borrel, Amerikanın xüsusi əməliyyatı nəticəsində General Kassem Suleimaninin ölümü ilə əlaqədar narahatlığını ifadə edərək, bölgədə deeskalasiya yollarını müzakirə etmək üçün Zərifi Brüsselə dəvət etmişdi. Onu da qeyd edək ki, ardınca Borrell Twitter-də yazıb ki, Avropa Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının yanvarın 10-da fövqəladə iclası çağırılıb və bu iclasda, digərləri ilə yanaşı, İrandakı son hadisələr də yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB