Dəniz quldurlarından kimlər yaxa qurtardı?

Dəniz quldurlarından kimlər yaxa qurtardı?

Nigeriyada quldurlar tərəfindən qaçırılan iki rus dənizçisi sərbəst buraxılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Suleman Dahun bildirib.

Xatırladaq ki, bundan əvvəl, Premium Times qəzetinin yerli buraxılışı, Nigeriya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinə istinadən, quldurların yanvarın 2-də Nigeriyada AMBIKA gəmisinə hücum etdiyini və üç ekipaj üzvünü - iki rus və bir hindistanlını qaçırdıqlarını, bunun ardınca ölkənin Hərbi Dəniz Qurtarma qrupunun dörd üzvünün atışmada öldüyünü bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə