Ötən gün Suriyanın Dəraa şəhərində 18 nəfər öldürülüb. SİA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, öldürülən şəxslər bir gün əvvəl polis tərəfindən qətlə yetirilmiş 8 etirazçıdan ikisinin dəfn mərasimində iştirak edirlərmiş. Sonuncu həftə ərzində ölkənin cənubunda yerləşən Dəraa hökumət əleyhinə aksiyada iştirak edənlərlə asayiş keşikçiləri arasında qanlı toqquşmaların meydanına çevrilib.
Qeyd edək ki, martın 15-dən etibarən onlarla etirazçı Dəməşq və ölkənin digər şəhərlərində "prezident Əsədin devrilməsi" şüarı altında küçələrə çıxır. Ölkə üzrə aksiyalarda ölən, yaralanan və həbs olunanların dəqiq sayı hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB