Suriyanın ölkə başçısı Bəşər Əsəd cənub əyalətinin qubernatorunu vəzifəsindən azad edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bununla da o, etirazçıların tələblərindən birini yerini yetirmiş olub. Hökumət həmçinin bəyan edib ki, Dəraada silahlı və ekstremistlərinin bandaları silahlanır. Ötən axşam etirazçıların nümayiş mərkəzinə çevrilmiş şəhərin əl-Öməri məscidi yaxınlığında atışma səsləri eşidilib.
Dövlət televiziyası məsciddən odlu silahların, qumbaraların, ehtiyat sursatların, eləcə də külli miqdarda pulun aşkar edilməsi barədə kadr yayımlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB