Tramp İraqdan çıxmaqlarının şərtini açıqladı

Tramp İraqdan çıxmaqlarının şərtini açıqladı

"İraqda nəhəng hərbi bazanın tikintisinə milyonlar xərclənib. Ora sərf olunmuş pul ödənildiyi təqdirdə İraqdakı ABŞ əsgərləri ölkədən çıxarıla bilər". SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İraqın ABŞ ordusunun ölkədən çıxarılması ilə bağlı tələbinə cavabında deyib.

Tramp eyni zamanda İraqı sanksiyalarla hədələyib: “İraq ölkədən çıxmağımızı istəyərsə və bunu dostca etməzsə, onlara indiyə kimi görmədikləri ağır sanksiyalar tətbiq edərik. Hətta İrana qarşı sanksiyalar bunların yanında xəfif qalar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə