Trump imtina etdi

ABŞ prezidenti Donald Trump yerli parlamentin qərarına qarşı çıxaraq İraqdan qoşunları çıxarmaqdan imtina edib. SİA TASS-ın verdiyi məlumata istinadən xəbər verir ki, Ağ Evin sahibi parlamentin qəbul etdiyi qərarla əlaqədar Bağdadı sanksiyalarla hədələməyi də unutmayıb. O, həmçinin ABŞ əsgərlərinin İraqdan çıxmasından əvvəl Yaxın Şərq səlahiyyətlilərinin Amerikanın aviabazası üçün pul ödəməli olduğunu da bəyan edib.

Politoloq Vladimir Sotnikov REN TV-nin İraq parlamentinin qərarını şərh edib. Onun sözlərinə görə, ölkə özünü mümkün münaqişədən qorumaq istəyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə