Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Conson İraqa edilən hücumlarla bağlı birgə bəyanat veriblər. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda "Biz İraqda koalisiya qüvvələrinə edilən son hücumları qınayırıq və İran İslam İnqilabı Keşikçiləri Korpusu, o cümlədən general Süleymaninin komandanlığı altında "Əl-Qüds" qüvvəsi vasitəsilə İranın bölgədə oynadığı mənfi roldan ciddi narahatlığımızı ifadə edirik"- deyə bildirilib.
"Həmçinin, İraqda mövcud zorakılıq dayandırılmalıdır. İranı, xüsusi olaraq zorakı hərəkətlərdən çəkinməyə və nüvə proqramı ilə bağlı olan Birgə Hərtərəfli Fəaliyyət Planına zidd olan bütün tədbirləri ləğv etməyə çağırırıq. İraqın suverenliyinə və təhlükəsizliyinə sadiqliyimizi xatırladaraq, başqa bir böhranın İraqın sabitləşdirilməsi üçün illərlə edilən səyləri təhlükə altına ala biləcəyindən narahatlığımızı ifadə edirik. Bizim üçün prioritet olan İŞİD-ə qarşı mübarizəni davam etdirəcəyimizi bir daha təsdiqləyirik. Koalisiyanın qorunması bu baxımdan vacibdir. Buna görə İraq hakimiyyətini koalisiyaya lazımi dəstək verməyi davam etdirməyə çağırırıq", - deyə liderlər bəyanatlarında qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB