Ekvadorda sərnişin avtobusunun uçurumdan aşması nəticəsində 5 nəfər ölüb

Ekvadorda sərnişin avtobusunun uçurumdan aşması nəticəsində 5 nəfər ölüb

Ekvadorun şimalında sərnişin avtobusunun uçurumdan aşması nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində yerli xilasetmə xidməti məlumat yayıb.

Hadisə yerli vaxtla saat 03:37-də (Bakı vaxtı ilə 12:37-də) Esmeraldas əyalətinin Çinko bölgəsində baş verib. Avtobus paytaxt Kitodan gələn zaman 40 metr yüksəklikdən aşağı yuvarlanıb.

Avtoqəza yerində xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə