Türkiyə Liviyaya qarşı aparılan əməliyyatlara qatılmağa razılıq verib
Türkiyə Liviyaya qarşı aparılan əməliyyatlara qatılmağa razılıq verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, NATO-nun Liviyaya qarşı həyata keçirdiyi silah embarqosunu təmin etmək üçün dəniz missiyasına ən böyuk dəstəyi Türkiyədən olacaq. Belə ki, hazırda 16 hərbi gəmi və sualtı qayığın olduğu missiyaya Türkiyə 4 freqat, 1 sualtı qayıq və 1 yedək gəmi ayıracaq. Missiyanın idarəetməsi və komandanlığı isə İtaliyada olacaq.
Embarqonu dənizdən təmin edəcək missiyada Türkiyə və İtaliya ilə yanaşı, Kanada, İspaniya, İngiltərə, Yunanıstan və ABŞ da təmsil olunub. Əldə edilmiş razılıqlara görə, Türkiyənin Tripolidəki səfirliyi eyni zamanda Liviyada ABŞ-ı da təmsil edəcək.
Lakin bütün bunların təsdiqini tapması üçün Türkiyə Böyük Millət Məclisi əldə edilmiş razılıqlara "HƏ" deməlidir. Eyni zamanda Türkiyə ordusu hərbi əməliyyatlarda deyil Liviya ərazisinə silah daxil olmasının qarşısını alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB