Qərb Liviyada hansı silahlardan istifadə edir?

Qərb Liviyada hansı silahlardan istifadə edir?

ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və s. ölkələrdən ibarət koalisiyanın qüvvələri Qəddafinin Benqazi şəhəri yaxınlığında toplaşmış zirehli texnikasına zərbələr endirib.

 

SİA-nın xəbərinə görə, koalisiya qüvvələri Liviyanın HHM obyektlərinə artıq 124 qanadlı raket buraxıb. Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinin sualtı qayığı da Liviyaya zərbələr endirir. Britaniya Müdafiə Nazirliyinin rəsmisi general-mayor Con Lorimer BBC-yə bildirib ki, Aralıq dənizindəki "Trafalqar" sualtı qayığından Liviyaya "Tomahawk" qanadlı raketləri buraxılıb.

 

Hələlik "Odissey. Şəfəq" planının üç mərhələsi müəyyənləşib. İlkin mərhələdə əsasən hava hücumundan müdafiə obyektləri olmaqla 31 hədəf bombalanıb. İkinci mərhələnin hədəfləri Liviyada iki hərbi-hava bazası və Qəddafinin Tripolidəki iqamətgahıdır. Son mərhələdə isə koalisiya qüvvələri Qəddafiyə sadiq qoşunlara zərbələr endirməyi planlaşdırır.

Liviyaya qarşı əməliyyatlarda 3 "B-52" bombardmançı, 56 qırıcı-bombardmançı təyyarələrdən istifadə olunur. Hava zərbələri F-16, F-18, "Rafale", "Tayfun", "Tornado", "Mirage 2000" təyyarələri ilə endirilir.

B-52 təyarələrində adətən nüvə silahı olur. Lakin Amerika komandanlığı konkret hansısa təyyarədə nüvə silahının olub-olmadığı barədə heç bir zaman informasiya vermir. B-52 təyyarələri ilk dəfə 1955-ci ildə uçuşlara buraxılıb. Amma təyyarələrdən indi də istifadə edilir.
F-16, F-18, "Rafale", "Tayfun", "Tornado", "Mirage 2000" təyyarələri isə İngiltərə və fransa istehsalıdır. Sırf kəşfiyyat və hücum xarakterli qırıcı təyarələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə