NATO ABŞ-ın hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik səbəbindən İraqdakı hərbi təlimlərini dayandırıb. SİA TASS-ın yaydığı informasiyaya istinadən xəbər verir ki, alyans bu qərarı “ABŞ-ın hava hücumlarından sonra ölkədə sabitliyin pozulmasının güclənməsi” ilə izah edib.
İnformasiyada bilidirilir ki, 2015-ci ildən bəri NATO-nun İordaniyadakı təlimçiləri İraq zabitlərinə təlim keçirlər. Həmçinin qeyd olunur ki, hazırda NATO-nun İraqdakı hərbi təlimlərdə NATO ölkələri və tərəfdaş ölkələrdən, xüsusilə İsveç və Finlandiyadan 500-ə yaxın təlimatçı və məsləhətçi var.
Xatırladırıq ki, yanvarın 3-də ABŞ hücumu nəticəsində SEPAH generalı Qasım Süleymani öldürülüb və bu, bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB