Bölgədəki vəziyyət müzakirə edilib

Bölgədəki vəziyyət müzakirə edilib

Lavrov və Zərif Süleymaninin öldürülməsindən sonra bölgədəki vəziyyəti müzakirə ediblər.

SİA Rusiyanın "RİA News" agentliyinə istinadən xəbər verir ki, İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov telefonla ABŞ-ın hücumu nəticəsində general Qasım Süleymaninin İraqda ölümündən sonra Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Məlumatda qeyd olunur ki, rusiyalı nazir İranın xaricdəki əməliyyatlarına cavabdeh olan Quds xüsusi təyinatlı qüvvələrinin rəhbərinin ölümü ilə əlaqədar başsağlığı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə