Paşinyan ABŞ-ı təbrik etdi Süleymaninin qətlinə görə

Paşinyan ABŞ-ı təbrik etdi Süleymaninin qətlinə görə

Erməni jurnalist Diana Arutunyan öz Feysbuk səhifəsində Baş nazir Nikol Paşinyanın əfsanəvi general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etdiyi barədə şok məlumat paylaşıb. SİA-nın verdiyi məlumata görə, cümə axşamı ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan rəsmi təbrik qəbul edib.

Paşinyan təbrikində terrorla bundan sonrakı mübarizədə uğurlar arzu edib: “Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı mübarizəsindəki nailiyyətləri alqışlayır. İntiqam bütün terroçuları haqlayacaq. Bir daha təbrik edirəm”.

İraq Xarici İşlər Nazirliyi Ermənistan rəhbərinin təbrik məktubuna reaksiya verərək, “Paşinyanı Ermənistan xalqının seçdiyi və İranda heç kimin erməni xalqını təhqir etmək istəmədiyi” bildirilib.

“Erməni xalqının terrorla mübarizəyə dəstək istəyinə və bizi terror mənbəyi qismində görməsinə cavab olaraq, biz Azərbaycan və Türkiyə Respublikalarının ərazi bütövlüyünü dəstəkləyəcəyik”, - deyə İran XİN bəyan edib.

Bu məlumatı Diana Arutunyanın yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə