Şri Lankan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin cənubunda yerləşən Uva əyalətində qəzaya uğrayıb. SİA-nın məlumatına görə, bu barədə ren.tv saytı Ada Derana müdafiə şöbəsinin rəsmi nümayəndələrinə istinadən xəbər verir.
Məlumata görə, hadisə təyyarədə olan dörd əsgərin ölümünə səbəb olub.
İlkin məlumatlara əsasən, qəza cümə günü səhər baş verib. Beləki, Y-12 təyyarəsi Hambantota hərbi hava limanından havaya qalxıb və dağlıq ərazidə qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik məlum deyil.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB