Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şərq sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. SİA-nın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hasaki yaşayış məntəqəsindən 41 kilometr şimal-şərqdə, ocağı isə 32,2 kilometr dərinliyində yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə