Yeni il axşamı Kişineuda 325 nəfər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib
Yeni il axşamı Kişineuda 325 nəfər şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Onlardan 28-nin üzərində cərrahiyə əməliyyatı aparılıb.
SİA yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Kişineu Təcili Yardım Xəstəxanasının direktor müavini İqor Kurov məlumat verib. Onun sözlərinə görə, üzərində cərrahiyyə əməliyyatı aparılan şəxslərin əksəriyyəti partlayıcı maddədən zərər çəkənlər olub. Daha 9 nəfər isə yol qəzaları zamanı xəsarət alıb. Xəstəxanaya müraciət edənlərin çoxu həmin gün spirtli içki qəbul edən şəxslərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB