Sudan ordusu “An-12” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfərin həlak olduğunu bildirib - YENİLƏNİB
Sudan ordusu ölkənin qərbində “An-12” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfərin həlak olduğunu bildirib.
SİA "newsru.co.il" saytına istinadla xəbər verir ki, ölənlərin 7-si ekipaj üzvü, 3-ü hakim və 8-i isə mülki şəxsdir.
Hərbçilərin məlumatına əsasən, təyyarə Darfur əyalətinin El-Qeneyna şəhər aeroportundan havaya qalxdıqdan beş dəqiqə sonra qəzaya uğrayıb və aeroportdan beş kilometr aralıda yerə çırpılıb. Bundan əvvəl isə təyyarənin göyərtəsində 15 nəfərin olduğu bildirilirdi.
Darfur regionunda 2003-cü ildən vətəndaş müharibəsi davam edir. Bu müddətdə, müxtəlif məlumatlara görə, 300 min nəfərdən 500 min nəfərədək insan həlak olub, 2,5 milyondan çox insan qaçqına çevrilib.
Məlumata görə, təyyarədə əvvəlcədən ölkənin ədliyyə naziri və Baş prokuroru da uçmalı imiş. Sadəcə olaraq, xidməti zərurətlə əlaqədar həmin vəzifəli şəxslər təyyarənin sərnişinləri sırasında olmayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB