Ukraynada hüquqi islahatlar çərçivəsində Baş Prokurorluq fəaliyyətini dayandırıb

Ukraynada hüquqi islahatlar çərçivəsində Baş Prokurorluq fəaliyyətini dayandırıb

Ukraynada hüquqi islahatlar çərçivəsində Baş Prokurorluq fəaliyyətini dayandırıb.

SİA "iz.ru" saytına istinadən verdiyi məlumata görə, qurumun adı dəyişdirilərək Baş Prokurorun Ofisi adlanacaq.

Müvafiq islahatların həyata keçirilməsi səbəbindən bütün prokurorluq sistemində ştatlar yenidən işlənəcək.

Məlumatda bildirilir ki, 2019-cu ilin payızında Ukraynada hazırlanmış hesabatda prokurorluq sisteminin reytinqi dövlət orqanları arasında ən aşağı səviyyədə olub. Qurumda dəyişikliyin edilməsinin səbəblərindən biri də bu göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə