Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində antiterror əməliyyatı aparan hissələrində xidmət edən hərbçilərdən ikisi şəhid olub.
SİA xəbər verir ki, hadisə “Pençe-3” əməliyyatları çərçivəsində baş verib. Hərbçilər terrorçularla atışma zamanı qəhrəmancasına həlak olublar. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları və helikopterləri terrorçuların bölgədəki düşərgələrinə havadan zərbələr endiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB