Sudanda “AN-12” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub

Sudanda “AN-12” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub

Sudanda “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb.

SİA "kp.ru" saytına istinadən xəbər verir ki, qəzada 15 nəfər həlak olub. Qurbanlar arasında yerli məhkəmə orqanının üç nümayəndəsi də var.

Sudan mediasında dərc edilmiş xəbərdə sərnişinlər arasında Ümumdünya Qida Təşkilatının bir əməkdaşının olması ehtimal edilir.

İlkin məlumata görə, “An-12” cümə axşamı Sudanın Qərbi Darfur əyalətindəki El Geneina şəhərinin hava limanından uçarkən qəzaya uğrayıb. Yerli media hadisənin hava limanından beş kilometr aralıda baş verdiyini xəbər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə