Netanyahu ona parlament toxunulmazlığının verilməsi üçün Knessetin spikerinə müraciət edib

Netanyahu ona parlament toxunulmazlığının verilməsi üçün Knessetin spikerinə müraciət edib

Əvvəllər barəsində üç iş üzrə ittiham irəli sürülən İsrailin Baş Naziri Benyamin Netanyahu ona parlament toxunulmazlığının verilməsi üçün Knessetin spikerinə müraciət edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, Netanyahu bundan əvvəlki çıxışlarının birində bildirib ki, “toxunulmazlıq demokratiyaya zidd deyil, toxunulmazlıq – demokratiyanın əsasını təşkil edir”.

“Mən daha bir neçə il İsrail hökumətinə rəhbərlik etmək istəyirəm. Qanuna görə, immunitet (toxunulmazlıq) həmişə müvəqqətidir. İmmunitet xalq deputatlarını məhkəmələrdən müvəqqəti qorunma ilə təmin edir. O, Knessetin hazırkı çağırışda işi bitənə qədər qüvvədə olur. Əgər knesset işini 3 aydan sonra bitirərsə, o zaman immunitet də bitəcək”, - deyə baş nazir bildirib.

Netanyahu toxunulmazlıq müraciəti üçün nəzərdə tutulan ayın bitməsindən bir neçə saat əvvəl belə bir açıqlama ilə çıxış edib.

Qeyd edək ki, İsrail hökumətinin hüquq məsləhətçisi Avihay Mandelblit Netanyahuya qarşı "4000" adlandırılan iş üzrə rüşvətalma, eləcə də "2000" və "1000" işləri üzrə dələduzluq və ictimai fırıldaqçılıq ittihamları irəli sürmək qərarına gəldiyini açıqlayıb. Öz cavabında Baş Nazir bildirib ki, bu ittihamların məqsədi onu hökumət rəhbərliyindən kənarlaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə