Bolqarıstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib

Bolqarıstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib

Bolqarıstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 01:01-də qeydə alınıb. Zəlzələnin episentri Blaqoyevqrad şəhərindən 37 kilometr şimal-şərqdə və Bolqarıstan paytaxtından 60 kilometr cənubda yerləşib. Ocağı isə 10 kilometr dərinliyə təsadüf edib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə