Yaponiya ikinci “Cernobıl” qəzası astasında

Yaponiya ikinci “Cernobıl” qəzası astasında

"Fukusima Daichi" (Fukusima-1) AES-nin 2, 3, 4 saylı reaktorlarının üzərində tüstülənmə müşahidə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, havadan və yerdən su ilə soyudulması dayandırılmış 3 saylı reaktorun soyudulması üçün əməliyyatın cari gün ərzində bərpa edilməsi planlaşdırılır.

"Fukusima Daichi" AES-nın ətraf ərazilərində radioaktiv fon normadan dəfələrlə yüksək olaraq qalır. "Beynəlxalq Atom Enerjisi Agentliyi"nin yaydığı məlumatda adı çəkilən stansiyada vəziyyətin çox ciddi olduğu, lakin ötən sutka ərzində əhəmiyyətli pisləşmənin müşahidə olunmadığı qeyd edilir. Azı, 42440 nəfər arasında aparılmış müayinə zamanı 67 nəfərin radioaktiv şüalanmaya məruz qaldığı müəyyən edilib.

Həmçinin, işlənmiş yanacağın idarəolunmaz zəncirvari reaksiyasının qarşısını almaq məqsədilə mütəxəssislər bor turşusundan (H3BO3) istifadə edir. Stansiyada elektrik enerjisinin bərpası istiqamətində də müvafiq işlər aparılır.

Məlumatda AES-də iş aparan 2 nəfərin itkin düşdüyü bildirilir. Ərazidə radioaktiv fonun normadan dəfələrlə yüksək olaraq qaldığı qeyd olunur. 10 min nəfərin arasında aparılan yoxlamanın nəticəsinə görə, radioaktiv şüalanmaya, azı, 21 nəfər məruz qalıb.

Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə