Yəmənin cənubundakı Əd-Daliyə şəhərində keçirilən hərbi məzunların paradı zamanı baş verən raket partlayışı nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb. SİA “Sky News Arabia”ya istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib. Bundan əvvəl paradın keçirildiyi stadion üzərində partladıcı maddənin olduğu pilotsuz cihazın partladıldığı da bildirilmişdi.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB