İrandan sərt xəbərdarlıq: biz zarafat etmirik

İrandan sərt xəbərdarlıq: biz zarafat etmirik

İran ordusunun koordinasiya məsələləri üzrə baş komandanının müavini Həbibullah Səyyari Rusiya və Çinlə birgə keçirdikləri təlim bölgəsində hər hansı bir xarici kəşfiyyat vasitəsi gördükdə məhv edəcəklərini bildirib. Onun "biz zarafat etmirik" deməsi bu mövzuda çox ciddi olduqlarını göstərir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın “Tasnim” Agentliyinə açıqlama verən Səyyari söyləyib ki, bir çox ölkələr təlimlərdə nələrin baş verdiyini görmək istəyirlər. Lakin, birgə təlimlər zarafat deyil, biz zarafat etmirik. Əraziyə icazəsiz daxil olmuş kəşfiyyat xarakterli hər cür hava və ya dəniz vasitəsi vurulacaq. Bunu daha öncə də göstərmişdik.
Xatırladaq ki, dekabrın 27-dən Rusiya, Çin və İran, Oman körfəzi və Hind okeanında birgə hərbi təlimlər keçirir. Dekabrın 30-dək davam edəcək təlimlərin məqsədi dənizdə xilasetmə işləri sahəsində və terrorizmə qarşı mübarizə tədbirləri görməkdir.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə