Moldova prezidenti İqor Dodo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə-Moldova Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçiriləcək. Toplantı sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı İqor Dodonun rəhbərliyi ilə Ankarada təşkil olunacaq.
Türkiyə və Moldova arasında ikitərəfli əlaqələrin bütün ölçüləri ilə nəzərdən keçiriləcəyi və iş birliyinin inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.
Səfər zamanı ikitərəfli münasibətlərin inkiafına dair bəzi sazişlərin imzalanması nəzərdə tutulur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB