Taliban silahlıları Əfqanıstanın cənubundakı Hemand vilayətinin Sangin rayonunda polis bölməsinə yaxın ərazidə hazırlanmış hücum əməliyyatında 10 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiy məlumata görə, rayonun qubernatorluğunun mətbuat katibi Ömər Zuvak mətbuata açıqlama verib. O bildirb ki, silahlıların Sangin rayonundakı polis bölməsi yaxınlığında yerləşdirilən bomba uzaqdan idarə edilərək partladılıb.
Qeyd edək ki, Talibandan verilən məlumata görə, qarşıdurma zamanı 26 nəfərin öldüyü bildirilir.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB