Çilidə yanğın nəticəsində 250 ev yararsız hala düşüb

Çilidə yanğın nəticəsində 250 ev yararsız hala düşüb

Çili Dövlət Başçısı Sebastian Pinera, Çilinin əvvəlki gün Valparaiso şəhərində meşə yanğınlarının nəzarət altına alındığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, meşə yanğınlarının nəzarət altına alındığını bildirən Pinera, evləri yanan və xəsarətlər alan vətəndaşlar üçün yardım planı hazırladıqlarını bildirib. Pinera, evləri yanan və zərərçəkənlərə 2020-ci ilin ilk aylarında kredit veriləcəyini söyləyib.

Pinera'nın yeni evlər potensial meşə yanğınları riski olmayan bölgələrdə inşa ediləcək. “Ağrılarını ağrılarımız və faciələrini faziələrimiz kimi hiss edir və ən qısa müddətdə həll etməyə çalışacağıq”.
700 evə təsir edən yanğınlarda 250 ev bu günə qədər yararsız hala düşüb. Bundan əlavə, 140 hektar meşəlik ərazi kül olub.

Pinera, alovların tamamilə söndürülməsi üçün səylə çalışdıqlarını, yanğının səbəbini araşdırmaq üçün istintaqın davam etdiyini bildirib.

Valparaiso təcili yardım işçisi Ezio Passadore dediklərinə görə, Əmin deyilik, amma hər şey yanğının qəsdən evlərə yaxın bölgədə çıxarıldığını göstərir deyə bildirib

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə