Yunanıstanda miqrant problemi kəskinləşir

Yunanıstanda miqrant problemi kəskinləşir

Yunanıstan hökuməti gələn il ölkəyə miqrant axınının güclənəcəyini ehtimal edir. Ölkə bu məsələdə Avropa İttifaqının yardım etməsini gözləyir. Hazırkı vəziyyətin 2015-ci ildə baş verən miqrasiya böhranından daha təhlükəli olduğu bildirilir.

Yunanıstana üz tutanların sayı 2015-ci illə müqayisədə 850 faiz artıb. Hökumət 2020-ci ildə 100 min qaçqını Lesbos və Samos adalarına yerləşdirməyi planlaşdırır. Vəziyyət o yerə çatıb ki, bəzi adalarda miqrantların sayı yerli əhalinin sayından çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə