Martın 23-dən 25-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində NATO Parlament Assambleyasının (NATO PA) 76-cı "Rouz-Rout" seminarı keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Milli Məclis sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov iştirak edəcəklər.
Seminarda qlobal müstəvidə Qafqazın yeri, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası, bu ölkənin demokratikləşmə perspektivləri, media və vətəndaş cəmiyyəti, daxili siyasi inkişaf prosesləri və Konstitusiya islahatı, regional təhlükəsizlik modeli, həmçinin digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB