PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir

PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir

"Sülh çeşməsi" əməliyyatı ilə yaradılmağa çalışılan əmin-amanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir. SİA-nın verdiyi xəbərə görə, əli qanlı terror təşkilatı PKK/YPG "Fərat qalxanı" əməliyyatının keçirildiyi bölgədə Cerablus şəhər mərkəzində yenidən günahsız insanları hədəf alıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, terrorçular kustar üsulla hazırlanmış partlayıcı maddə yüklü iki motosikleti uzaq məsafədən partlatmaqla terror aktı törədiblər. Hadisə nəticəsində dördü ağır olmaqla, aralarında uşaqların da olduğu 14 sivil yaralanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə